Accessibility links

BMT Liviyada təcili atəşkəsə çağırıb

  • Amerikanın səsi

라스라누프에서 밀려나는 리비아 반군(자료사진)

라스라누프에서 밀려나는 리비아 반군(자료사진)

BMT Liviyada təcili atəşkəsə çağırıb. Çağırış onlarla insanın ölümünə yol açan qızğın döyüşlərdən sonra edilib. BMT-nin baş katibi Ban Ki Mun və onun humanitar vəziyyət üzrə yüksək səlahiyyətli nümayəndəsi Valeri Amos çoxsaylı insan tələfatına səbəb olan münaqişəyə görə dərin narahatlığını bildirib.

Dünən Misrata şəhərində hökumət qüvvələri tərəfindən 17 adam öldürülüb. Qəzzafiyə sadiq döyüşçülərin travma mərkəzinə hücumu nəticəsində 47 adam yaralanıb.

Hökumətin əlində olan Misratada humanitar böhran dərinləşməkdədir. Bu gün minə yaxın xarici yardım işçisi və hücumlar zamanı yaralanan liviyalılar Misratadan evakuasiya edilib. BMT və Liviya rəsmiləri arasında Misrataya humanitar yardım çatdırılması barədə razlıq əldə edilib. Dünən BMT-nin Təhlükəsizlik Şurasının Liviyada mülki əhalinin müdafiəsi məqsədi ilə beynəlxaq hava kampaniyasına dair qətnaməsinin birinci ayı tamam olub.

Digər tərəfdən Birləşmiş Ştatların Avropa və Avrasiya Məsələləri üzrə Müavini Filip Gordon bildirib ki, NATO təyyarələrinin hücumları Liviyanın hər tərəfində saysız mülki adamı Liviyanın hökumət qüvvələrinin hücumlarından xilas edib. Bu arada Ağ Evin sözçüsü Cey Karney bildirib ki, Birləşmiş Ştatların Liviya münaqişəsində daha geniş rol oynamaq planı yoxdur.

XS
SM
MD
LG