Accessibility links

Nobel mükafatı laureatı Malala Yusifzai BMT-nin Sülh Carçısı adına layiq görülüb.

BMT-nin baş qərargahında təşkil edilən xüsusi mərasimdə BMT-nin baş katibi Antonio Quterres 19 yaşlı fəalın yalnız qəhrəman deyil, mərhəmətli şəxsiyyət olduğunu deyib.

Quterres deyib ki, Malala qadın və qızlar daxil ediməklə, bütün insanların hüquqlarını cəsarətlə müdafiə edir. Baş katib ciddi hədələrə baxmayaraq, onun özünü sülhə və daha sabit dünyaya həsr etdiyini bildirib.

Yusifzai Nobel Sülh Mükafatına layiq görülən ən gənc şəxs olub. O, 2014-cü ildə mükafat aldığında 17 yaşında idi. Malala həm də BMT-nin Sülh Carçısı adına layiq görülən ən gənc qadındır.

2012-ci ilin oktyabrın 9-da Malala Yusifzai Pakistandakı evindən məktəbə getdiyi zaman yolda Taliban tərəfindən başından güllə ilə vurulmuşdu.

Uzun və ağrılı sağalma prosesindən sonra Malala bütün dünyada qızların təhsil hüquqları uğrunda mübarizəni qarşısına məqsəd qoyub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG