Accessibility links

BMT: Malayziya təyyarəsinin vurulması müharibə cinayəti sayıla bilər


Navi Pillay
Navi Pillay

BMT-nin insan haqları üzrə ali komissarı Navi Pillay deyib ki, Malayziya təyyarəsinin Ukraynada üsyançıların nəzarəti altında olan şərq bölgəsində vurulmasının müharibə cinayəti hesab edilməsi mümkünndür.

Onun sözlərinə görə, təyyarənin vurulması beynəlxalq qanunun pozulmasıdır və müharibə cinayəti kateqoriyasına aid edilə bilər. O, tez, əhatəli, effektiv,müstəqil və qərəzsiz təhqiqata çağırıb.

Navi Pillay Ukrayna münaqişəsində müharibə cinayətləri də daxil olmaqla beynəlxalq qanunu ciddi şəkildə pozanların kimliyindən asılı olmayaraq ədalət məhkəməsi qarşısına çıxarılması üçün bütün səylərin göstəriləcəyini deyib.

Bazar ertəsi günü Navi Pillayın ofisinin açıqladığı hesabata əsasən, Ukraynanın şərqində aprel ayında döyüşlərin başladığı vaxtdan 1129 nəfər həyatını itirib, 3 min 442 nəfər yaralanıb, 100 mindən çox insan məcburi köçkün olub.

Bu arada, təyyarənin düşdüyü yerdə döyüşlərə görə beynəlxaləq təhqiqatçıların əraziyə getməsi ikinci gündür təxirə salınıb. Niderland və Avstraliya ekspertlərindən ibarət qrupun üzvləri əraziyə getmək üçün bazar ertəsi yenidən cəhd göstərdiklərini bildirib.

XS
SM
MD
LG