Accessibility links

Malidə BMT-nin işçisi həlak olub


Mali rəsmiləri bildirir ki, yola yerləşdirilmiş bomba partlayışı nəticəsində Birləşmiş Millətlər Təşkilatının 5 sülhməramlısı həyatını itirib.

Rəsmilər hadisə zamanı təşkilatın digər üzvlərinin yaralandığını deyib. Partlayış Kidal şəhəri yaxınlığında baş verib.

Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Bu ayın əvvəllərində eyni ərazidə BMT-nin 4 sülhməramlısı bomba partlayışı nəticəsində öldürülmüşdü.

Hücumlar Mali hökumət rəsmiləri ilə üsyançı qruplar arasında sülh razılaşması istiqamətində danışıqlardan sonraya təsadüf edib.

Malidə 2012-ci ildə hərbi çevrilişdən sonra stabillik və sülh baxımından problemlər yaşanır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG