Accessibility links

BMT məhkəməsi Gürcüstanın iddialarına baxır


BMT məhkəməsi Gürcüstanın iddialarına baxır
BMT məhkəməsi Gürcüstanın iddialarına baxır

Haaqada qərargahlanan Beynəlxalq Ədalət Məhkəməsi Gürcüstanın iddialarına əsasən Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində sistematik insan haqları pozuntusuna yol verdiyinə dair dinləməyə başlayıb. Rusiya bazar ertəsi Gürcüstanı qondarma ittihamlarla çıxış etməkdə günahlandıraraq BMT məhkəməsinin məsələ üzərində yurisdiksiyaya malik olmadığını deyir. Gürcüstan bildirir ki, Rusiya son 20 il ərzində bu ərazilərdə minlərlə gürcü vətəndaşı qətlə yetirib. Gürcüstan hökuməti deyir ki, Moskva 1965-ci ildə imzalanmış Bütün İrqi Ayrıseçkliklərə Qarşı Beynəlxalq Konvensiyanı pozub. Gürcüstan öz ittihamlarını çərşənbə axşamı təqdim edəcək.

XS
SM
MD
LG