Accessibility links

BMT Mosulda kimyəvi silahlardan istifadə ilə bağlı təhqiqata çağırır


3 yaşlı Dima Nadim Həmid xəstəxanada kimyəvi silahların mümkün təsirlərindən müalicə edilir, Mosul, İraq, 4 mart, 2017.
3 yaşlı Dima Nadim Həmid xəstəxanada kimyəvi silahların mümkün təsirlərindən müalicə edilir, Mosul, İraq, 4 mart, 2017.

BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru İŞİD yaraqlıları ilə ABŞ-ın dəstəklədiyi İraq qüvvələri arasında döyüşlərin getdiyi Mosul şəhərində kimyəvi silahlardan mümkün istifadə ilə bağlı xəbərdarlıq edib.

BMT-nin İraqda Yardım Missiyasının xüsusi nümayəndəsininmüavini Lise Qrande "bu, dəhşətdir" deyərək, təhqiqat aparılmasına çağırıb. O deyib ki, əgər kimyəvi silahlardan istifadə edildiyi sübut edilsə, bu, "beynəlxalq humanitar qanunun ciddi şəkildə pozulması və hücumlarının hədəfi, ya da qurbanlarının kimliyindən asılı olmayaraq müharibə cinayəti" kimi qiymətləndiriləcək.

Kimyəvi silahardn istifadə beynəlxalq humanitar qanunla bütünlüklə qadağan edilib.
Robert Mardini

Beynəlxalq Qırmızı Xaç Komitəsi yeddi nəfərin Mosul yaxınlığındakı xəstəxanaya aparıldığını və onların mümkün kimyəvi elementlərin təsirindən müalicə olunduğunu bildirib.

Komitənin Yaxın Şərqdə regional direktoru Robert Mardini deyib ki, xəstəxanada müaicə edilən be uşaq və iki qadın kimyəvi elementlərin təsiri nəticəsində yaranmış simptomlar nümayiş edirib. Bu simptomlara suluqlar, gözlrin qızarması, qaşınma, qusma və öskürək daxildir.

"Kimyəvi silahardn istifadə beynəlxalq humanitar qanunla bütünlüklə qadağan edilib"-deyə Mardini bildirib. "Biz həmkarlarımızın müşahidə etdiyi hallarla bağlı dərin narahatlıq keçiririk və hər hansı bir tərəfin, hər hansı bir yerdə kimyəvi silahlardan istifadə etməsini ciddi şəkildə qınayırıq"-deyə o əlavə edib.

Mümkün kimyəvi hücumların bu həftə Mosulda baş verdiyi haqda məlumat verilib.

XS
SM
MD
LG