Accessibility links

BMT müşahidəçiləri Suriyanın Hula şəhərinə səfər edib


BMT müşahidəçiləri Suriyanın hökumət qüvvələrinin hücumu nəticəsində 30-u 10 yaşından aşağı uşaq olmaqla, 90 nəfərin həlak olduğu Hula şəhərinə səfər edib. Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun Amerikanın səsinə bildirdiyinə görə, hücum insanları evlərindən didərgin salıb. Paytaxt Dəməşqdə isə hücuma etiraz olaraq aksiya keçirilib.

Suriyanın Milli Şurası BMT-nin Təhlükəsizlik Şurasını zorakılıqla bağlı növbədənkənar sessiya keçirməyə çağırıb.

Dünən BMT-nin baş katibi Ban Ki Mun Suriyanın hökumət qüvvələrinin zorakılıqları artırdığını və tərəflərin insan hüquqlarını ciddi şəkildə pozduğunu deyib.

BMT-nin təxminlərinə görə, Suriyada son bir il ərzində 10 mindən artıq insan həlak olub.

XS
SM
MD
LG