Accessibility links

BMT-nin bir qrup müfəttişi Suriya vətəndaş müharibəsi zamanı kimyə silahlardan isyifadə edilib-edilməməsini araşdırmaq üçün bu gün paytaxt Dəməşqə gedib.

20 həfərdən ibarət inspektor heyəti Suriya paytaxtında qalacaqları mehmanxanaya çatan zaman jurnalistlərə açıqlama verməkdən imtina edib. Onlar iki həftəlik missiya ilə Suriyaya gedib.

Qrup yalnız sarin və ya digər zəhərli sinir agentləri kimi kimyəvi silahlardan istifadə edilib-edilməməsi və kim tərəfindən istifadə edilməsini araşdıracaq.

İsveçli silah mütəxəssisi Ake Sellstormun rəhbərlik etdiyi heyət Suriyaya səfər cəhdi aprel ayından bəri dəfələrlə təxirə salınmışdı.
XS
SM
MD
LG