Accessibility links

Beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları ilə bağlı BMT-yə müraciət edib


BMT-yə müraciət

BMT-yə müraciət

Fevralın 23-də bir qrup beynəlxalq hüquq müdafiə təşkilatı BMT-nin İnsan Hüquqları Şurasına Azərbaycanda mətbuat azadlığının pozulmasına və vətəndaş cəmiyyətinin boğulmasına qiymət vermək çağırışı ilə müraciət edib.

Article19 təşkilatının yaydığı məlumata görə, müraciət müəllifləri pozuntulara dair konkret faktları və hadisələri sadalayır və BMT-ni buna qiymət verməyə, qarşısının alınması üçün zəruri tədbirləri görməyə çağırır.

Müraciəti Article 19, Freedom House, Front Line Defenders, Human Rights House Foundation, Human Rights Watch, International Federation for Human Rights (FIDH), International Service for Human Rights (ISHR), People in Need imzalayıb.

XS
SM
MD
LG