Accessibility links

Nepala humanitar yardım çatdırılır


BMT 5 mindən artıq adamın ölümü ilə nəticələnən zəlzələdən sonra Nepala ərzaq və dərmanla yardım göstərildiyini bildirir.

Dünya Ərzaq Proqramı Qorxada yardım səylərini davam etdirir.

Nepal höküməti ərzaq, su və sığınacağa ehtiyacı olanlara dövlət yardımının gücləndiriləcəyini bəyan edib.

Hökumətin cavab səylərindən narazı olan minlərlə insan Katmanduda şəhəri tərk etmək üçün avtobus növbələrində dayanıb.

Eyni zamanda axtarış və xilas əməliyyatları davam etdirilir.

Fransanın xilas dəstəsi paytaxt Katmanduda 80 saatdan artıq evinin dağıntıları altında qalan bir şəxsi xilas edib.

BMT-nin təxminlərinə görə, zəlzələnin təsirinə 8 milyondan çox insan məruz qalıb. Onların 1.4 milyonunun təcili ərzaq məhsullarına ehtiyacı var. Təbii fəlakət 10 mindən artıq insanın xəsarət almasına səbəb olub.

BMT-nin Humanitar Yardım şöbəsinin rəhbəri Valeri Amos sabah Nepala səfər etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG