Accessibility links

BMT-nin büdcəsi 5 faiz ixtisar edilib


BMT-nin büdcəsi 5 faiz ixtisar edilib
BMT-nin büdcəsi 5 faiz ixtisar edilib

BMT-nin Baş Assambleyası qurumun büdcəsinin 5 faiz ixtisarı barədə razılıq əldə edib. Beləliklə BMT son 50 ildə ikinci dəfədir ki, büdcə ixtisarı etmiş olur. Qurumun 5.41 milyard təşkil edən iki illik büdcəsi 2012 və 2013-cü il üçün 5.15 milyard dollar azaldılıb.

BMT-nin baş katibi Baş Assambleyanın bu qərarını alqışlayaraq, dünyanın hər yerində hökumətlər və insanların çətinlik çəkdiyini deyib. O bildirib ki, bu ölçü mövcud resurslar və qurumun mandatının həyata keçirilməsi üçün olduqca mühümdür.

Ban Ki Mun səyahət məsrəflərinın ixtisarı və 193 üzvlü təşkilatın resurslardan daha səmərli istifadə etməsi üçün təkliflər irəli sürüb.

XS
SM
MD
LG