Accessibility links

BMT-nin 60-cı sessiyasında iştirak edən gənclər Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini istəyir


BMT-nin 60-cı sessiyasında iştirak edən gənclər Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini istəyir

BMT-nin 60-cı sessiyasında iştirak edən gənclər Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini istəyir

Gənclər bildirir ki, Bəxtiyar Hacıyev barəsində iki illik həbs hökmü çıxarılıb. “Biz Azərbaycan hökumətinin fərqli düşüncəli insanları susdurmaq üçün məcburi hərbi xidmətdən istifadə etməsindən narahat olduğumuzu diqqətinizə çatdırırıq. Sizi və Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi apellyasiya məhkəməsində azad etməyə çağırırıq.”

BMT Baş Assambleyasının 60-cı sessiyasında iştirak etmiş gənc nümayəndələr həmin sessiyada Azərbaycanı təmsil edən Bəxtiyar Hacıyevlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Gənclər Hacıyevin həbsindən narahatlıqlarını ifadə edərək, onu dərhal azad etməyə çağırıb.
İsveç, Norveç, Danimarka, Böyük Britaniya, İsveçrə, Çexiyadan olan gənclərin imzaladığı məktubda deyilir. “Biz Bəxtiyar Hacıyevin iki il həbslə cəzalandırılmasından çox narahatıq və diqqətinizi onun işinə yönəltmək istəyirik. Mayın 18-də onun barəsində iki illik həbs hökmü çıxarılıb. Biz Azərbaycan hökumətinin fərqli düşüncəli insanları susdurmaq üçün məcburi hərbi xidmətdən istifadə etməsindən narahat olduğumuzu diqqətinizə çatdırırıq. Sizi və Azərbaycan hökumətini Bəxtiyar Hacıyevi apellyasiya məhkəməsində azad etməyə çağırırıq. Hökumətlər öz vətəndaşlarını konstitusion hüquqlarını tələb etdiyinə görə həbs etməməlidir. Cənab Hacıyev konstitusiyaya istinad edərək alternativ xidmət hüququndan istifadə etmək istəyir. Bu hüquq həm də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdəndir.
Biz Azərbaycanı BMT Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinə və Beynəlxalq Mülki və Siyasi Hüquqlar haqqında Pakta qoşulmuş bir ölkə kimi təqdir edirik və Sizi Bəxtiyar Hacıyevin işini bu standartlara uyğun aparmağa səsləyirik”, - deyə gənclər bildirir.

XS
SM
MD
LG