Accessibility links

BMT-nin baş katibi: Humanitar böhranlar hər il təkrarlanır


BMT-nin baş katibi: Humanitar böhranlar hər il təkrarlanır
BMT-nin baş katibi: Humanitar böhranlar hər il təkrarlanır

1992-ci ildən başlayaraq donor ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana 780 milyon dollardan çox humanitar yardımlar edib.

BMT-nin baş katibi Pan Gi Mun 19 avqust - Dünya Humanitar Yardım Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Sənəddə deyilir ki, humanitar böhranlar hər il təkrarlanır. “Ehtiyacı olan insanlara yardım edən insanlar - əziyyəti azaltmaq və ümid gətirmək üçün birləşənlər də var. Yaponiyadan Sudana, Pakistandan Afrika Buynuzunadək evlərini, sevdiklərini və gəlir mənbələrini itirmiş insanlara yardım işçiləri kömək edir. Bu humanitar yardım işçiləri tez-tez evlərindən çox uzaqda böyük təhlükələrlə üzləşir və ən çətin şəraitdə saatlarla işləyir. Onların təşəbbüsləri sayəsində münaqişə və təbii fəlakətlər zamanı insanların həyatı xilas edilir. Onlar həmçinin dünyəvi bir ailə olduğumuzu, təhlükəsiz və şərəfli bir həyat sürə biləcəyimiz, sülhsevər planet üçün arzular qurduğumuzu xatırlatmaqla, bizi daha da yaxınlaşdırır”.

Baş katib həmçinin Əfqanıstanda, Haitidə və başqa yerlərdə fədakarlıq edənləri də sayğı ilə xatırlayıb. “Bu işçilərin bir çoxu vəzifə borclarını yerinə yetirərkən həlak olub və ya yaralanıb”.

Azərbaycan da müstəqilliyini qazandıqdan sonra böyük miqdarda humanitar yardımlar alıb. Hazırda isə humanitar yardımlar almaqla yanaşı, həm də humanitar yardımlar üçün donor ölkəyə çevrilib. Belə ki, Pakistan, Yaponiya, Somali və başqa ölkələrə birbaşa humanitar yardımlar edib.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində rəsmi statistikaya görə, ölkədə bir milyona yaxın insan doğma yurdundan didərgin düşüb. 1992-ci ildən başlayaraq donor ölkələr və beynəlxalq təşkilatlar Azərbaycana 780 milyon dollardan çox humanitar yardımlar edib.

Hazırda ölkədə 50-dən çox beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir. Humanitar təşkilatlar və donor ölkələr indiyədək məcburi köçkünlər üçün 8 mindən çox sadə evlər inşa edib, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsində 700 ev, 600 ictimai bina təmir edib, 60 orta məktəb binası, 470 məktəb binası və səhiyyə obyekti üçün əlavə otaqlar tikib. Bu təşkilatlar həmçinin 250 min məcburi köçkün üçün gəlir əldə etmək mənbələri və icmanın inkişaf proqramları təşkil edib.

XS
SM
MD
LG