Accessibility links

BMT-nin nüvə müfəttişləri Şimali Koreyaya dəvət alıblar


BMT-nin nüvə müfəttişləri Şimali Koreyaya səfər üçün dəvət aldıqlarını deyirlər. Üç il bundan əvvəl təşkilatın nüvə üzrə müfəttişləri kommunist ölkəsindən çıxarılmışdılar. Vyanada qərargahlanan Beynəlxalq Atom Enerji Agentliyi (BAEA) dünən bildirib ki, təşkilat dəvəti cümə günü, Pxenyan raketlə fəzaya peyk göndərəcəyi barədə məlumat verdiyi gün alıb. ABŞ Dövlət Departamentinin sözcüsü Viktoriya Nyuland deyib ki, ABŞ Şimali Koreyanın dəvətinə müsbət yanaşır. Lakin bu, onun peyk qurğusunun fəzaya yerləşdirilmə fikrinə mənfi münasibətini dəyişmir.

Şimali Koreya fevralın 29-da uran və nüvə inkişaf etdirməsini və uzun-məsafəli raketləri sınaqdan çıxaracağını dayandıracağına razılıq vermişdi. Hökumət eyni zamanda BMT-nin silahlar üzrə müfəttişlərinin ölkəyə daxil olmalarına icazə verəcəyinə söz vermişdi. Əvəzində ABŞ ərzaq böhranı yaşayan naəlac Şimali Koreyaya ərzaq məhsulları göndərəcəyinə razılaşıb.

XS
SM
MD
LG