Accessibility links

BMT İnsan Hüquqları Şurasının İran üzrə nümayəndəsini ölkəyə buraxmaq istəmirlər


BMT İnsan Hüquqları Şurasının İran üzrə nümayəndəsini ölkəyə buraxmaq istəmirlər

BMT İnsan Hüquqları Şurasının İran üzrə nümayəndəsini ölkəyə buraxmaq istəmirlər

BMT-nin açıqlamasına görə, İran İslam Respublikası 2005-ci ildən bu yana qurumun nümayəndələrini İrana buraxmır.

İran parlamentinin deputatları Məhəmməd Kərim Abedi və Zöhrə İlahiyan jurnalistlərə açıqlamalarında BMT İnsan Hüquqları Şurasının İran üzrə nümayəndəsi Əhməd Şəhidi qəbul etməyəcəklərini bildiriblər.
BMT İnsan Hüquqları Şurası Maldivin keçmiş xarici işlər naziri Əhməd Şəhidi İran üzrə nümayəndə postuna iyunun 17-də təyin edib.
“Media forum” saytının məlumatına görə, İran parlamentinin insan hüquqları komitəsinin sədr müavini Məhəmməd Kərim Abedi deyib: “Bizim komitə keçirdiyi bir neçə iclasda bu şəxs barədə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi isə belə olub ki, onun ölkəyə daxil olmasına icazə verilməməlidir”.
Mühafizəkar deputat Zöhrə İlahiyan isə BMT-nin İran üzrə yeni nümayəndə təyin etməsinin arxasında gizli və qərəzi siyasi məqsəd yatdığını deyib: “Baxmayaraq ki, Maldivin keçmiş xarici işlər naziri Əhməd Şəhid bir müsəlmandır, onu qəbul etmək mümkün deyil. Əhməd Şəhid yalnız bir turist kimi İrana gələ, ölkənin müxtəlif tarixi və görməli yerlərini ziyarət edə bilər”.
BMT-nin açıqlamasına görə, İran İslam Respublikası 2005-ci ildən bu yana qurumun nümayəndələrini İrana buraxmır.

XS
SM
MD
LG