Accessibility links

BMT nümayəndəsi Şimali Koreyada ərzaq çatışmazlığını nəzərdən keçirir

  • Amerikanın səsi

BMT nümayəndəsi Şimali Koreyada ərzaq çatışmazlığını nəzərdən keçirir

BMT nümayəndəsi Şimali Koreyada ərzaq çatışmazlığını nəzərdən keçirir

Beş günlük səfərinin sonunda BMT-nin humanitar yardımlar üzrə rəhbəri Valeri Amos Şimali Koreya parlamentinin sədri ilə görüşüb.

Kim Yonq Nam Amos və nümayəndə heyətinin üzvlərini paytaxt Pxenyanda təmtəraqla bəzədilmiş sarayda qarşılayıb.

Amos bazar ertəsindən bəri Şimali Koreyada ölkənin xronik ərzaq çatışmazlıqlarını nəzərdən keçirir. O, bu gün səhər Pxenyandan kənaran çıxaraq kəndlərdəki vəziyyəti öyrənməyə getmişdi.

BMT təxmin edir ki, 6 milyon şimali koreyalının təcili ərzaq yardımına ehtiyacı var. Təşkilat bildirir ki, dünya hökumətləri ərzaq ehtiyacının yalnız 30 faizini ödəməyə kifayət edəcək qədər yardım göstəriblər.

XS
SM
MD
LG