Accessibility links

BMT nüvə agentliyinin rəhbəri Suriyanı daha yaxından əməkdaşlıq etməyə çağırıb


BMT nüvə agentliyinin rəhbəri Suriyanı daha yaxından əməkdaşlıq etməyə çağırıb

BMT nüvə agentliyinin rəhbəri Suriyanı daha yaxından əməkdaşlıq etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının nüvə agentliyinin rəhbəri bildirib ki, o, Suriyanı şübhəli nüvə obyekti barədə davam edən təhqiqatla bağlı daha yaxından əməkdaşlıq etməyə çağırıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amanonun Suriyanın xarici işlər nazirinə göndərdiyi məktubda obyektlə bağlı məkan barədə və digər lazımi məlumatlara çıxış imkanı verilməsi tələb olunur. Nüvə Agentliyi ABŞ-ın təsdiq etdiyi faktı araşdırır. Birləşmiş Ştatlar müəyyən etmişdi ki, 2007-ci ildə İsrail qırıcı təyyarələrinin hücum etdiyi səhrada yerləşən obyekt pluton maddəsi hasil edən gizli reaktor olub. Suriya bildirir ki, Əl-Kibar və ya Dair Əlzor kimi tanınan obyekt qeyri-nüvə mahiyyətli hərbi stansiya olub.

XS
SM
MD
LG