Accessibility links

BMT nüvə agentliyi Yaponiyanın səylərini alqışlayıb

  • Amerikanın səsi

BMT nüvə agentliyi Yaponiyanın səylərini alqışlayıb

BMT nüvə agentliyi Yaponiyanın səylərini alqışlayıb

BMT nüvə agentliyi Yaponiyanın Fukuşima nüvə stansiyasında radiasiyanı təmizləmə səylərini alqışlamış, eyni zamanda əlavə addımlar atmağa səsləmişdir.

Beynəlxalq Atom Enerjisi Agentliyi öz hesabatını ötən ay Yaponiyaya göndərilmiş 12 ekspertin müşahidələri əsasında hazırlayıb.

Hesabatda sunamidən zədələnmiş ərazilərə keçidin daha təhlükəsiz edilməsi və radioaktiv materialların saxlanması barədə bir sıra tövsiyələr yer alıb.

Sənəd həmçinin resursları az adamın olduğu meşələr əvəzinə ictimai sağlamlığa birbaşa təsir göstərən ərazilərə yönəltməyə çağırır.

XS
SM
MD
LG