Accessibility links

BMT Pakistana yardım əməliyyatlarını genişləndirib


Əldə olunan son göstəricilərə görə daşqınların təsirindən ciddi zərər çəkmiş insanların sayı on yeddi milyondur

BMT Pakistana yardım əməliyyatlarının genişləndirdiyini bəyan edib. Buna səbəb daşqınlardan zərər çəkmiş regiona humanitar yardıma təlabatın artmasıdır. Əldə olunan son göstəricilərə görə daşqınların təsirindən ciddi zərər çəkmiş insanların sayı on yeddi milyondur. Onlardan səkkiz milyonunun təcili humanitar yardıma ehtiyacı var. BMT məlumat verib ki, miyonlarla hektar kənd təsərrüfat ərazisi daşqına məruz qalıb, məhsullar məhv olub və 3.4 milyon baş mal-qara tələf olub. Dünya Ərzaq Proqramı bir aylıq ehtiyatlarını daşqından zərər çəkmiş 2.2 milyon insana, 500 000 qaçqına və münaqişə nəticəsində evlərindən didərgin düşənlərə payladığını bildirib. Dünya Ərzaq Proqramı fövqəladə yardıma ehtiyacı olan altı milyon insana yardım edə bilmədiyini bildirib. Təşkilatın sözçüsü Emilya Kasella bildirb ki, ucqar bölgələrdə və təcrid olunmuş kəndlərdə yaşayan yüz minlərlə daşqın qurbanına yardım etmək mümkin olmayıb. O bildirb ki, bu regionlara yalnız hava yolu ilə çatmaq olar, lakin agentlik ərzaq məhsullarını bu əraziyə çatdırmaq üçün kifayət qədər vertolyota malik deyil. Bundan başqa o, Dünya Ərzaq Proqramının 150 milyon dollarlıq müracitindən 90 milyon dollar əldə etdiyini bildirib.

XS
SM
MD
LG