Accessibility links

BMT Pakistanda baş verən genişmiqyaslı təbii fəlakətlərin milyonlarla insanı təsirinə məruz qoyduğunu bildirir


Təşkilatın Humanitar Yardımlar Şöbəsi indi baş verən daşqınların təsirlərinin əvvəlllərlə müqayisədə dava çox olduğunu bildirir

BMT rəsmilərinin bildirdiyinə görə, Pakistanda baş verən üç genişmiqyaslı təbii fəlakət çox sayda insanı təsirinə məruz qoyub. Təşkilatın Humanitar Yardımlar Şöbəsinin sözçüsü Maurisio Culiano bu gün bildirib ki, Pakistan hökumətinin hesablamalarına görə, indi baş verən daşqınların təsirləri yanvar ayında Haitidə zəlzələ, 2004-cü ildəki sunami və Pakistanda 2005-ci ildəki zəlzələ ilə müqayisədə daha çox olmuşdur. Pakistanda fəaliyyət göstərən yardım dəstələri 1600 insanın ölümünə səbəb olan və 15 milyona qədər insanı təsirinə məruz qoyan leysan yağışlarının vəziyyəti daha da çətinləşdirdiyini bildirirlər.

XS
SM
MD
LG