Accessibility links

BMT: 2015-ci ildə Avropaya 1 milyondan çox miqrant gəlib


BMT-nin qaçqınlar agentliyi 2015-ci il başlayandan dəniz vasitəsilə Avropa İttifaqına bir milyondan çox miqrantın keçdiyini bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, qaçqınların 80 faizdən çoxu, təxminən 1 milyon 573 insan Yunanıstana gəlib. Onların çoxunun Yunanıstanın Lesbos adasına yetişib.

Yunanıstana yetişən miqrantların əsas hissəsi, 844 min adam buraya Türkiyədən gəlib. Miqrantların çoxu Liviyadan Aralıq dənizini keçərək İtaliyaya gəlib.

Agentlik bildirib ki, qaçqınların təxminən yarısı Suriyadan qaçır, onların 21 faizini Əfqanıstandan qaçqınlar təşkil edir.

BMT-nin Qaçqınlar Agentliyinin bildirdiyinə görə, qaçqınlar müharibə, zorakılıqlar, siyasi qeyri-sabitlik, eləcə də iqtisadi səbəbəblər üzündən Avropoya yetişmək üçün həyatlarını risk qarşısına qoyaraq, sularda təhlükəli səfərlərə çıxır.

2015-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya yetişmək istəyən təxminən 3 min 735 miqrant ya həyatını itirib, ya da itkin düşüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG