Accessibility links

İyunun 20-i Ümumdünya Qaçqınlar günüdür


İyunun 20-i Ümumdünya Qaçqınlar günüdür.

BMT-nin bildirdiyinə görə, dünyada hər 122 insandan 1-i ya qaçqın, ya məcburi köçkün, ya da sığınacaq sorağındadır.

BMT-nin Qaçqınlar Komitəsinin bildirdiyinə görə, bu insanlar bir ölkəyə toplansa bu, dünyada 24-cü ən böyük ölkə siyahısında yer alan bir ölkə ola bilərdi.

ABŞ prezidenti Barak Obama Ümumdünya Qaçqınlar günününü Amerika üçün beynəlxalq ictimaiyyətlə bərabər hər bir qaçqının ləyaqəti və dəyərlərinə egtiram etməsi günü olduğunu bildirib.

Müasir dövrümüzdə dünya ən ağır qaçqın böhranı ilə üzləşib. Böhrana cavab isə görünməmiş dərəcədə qeyri-adekvatdır.

Bu, BMT-nin Qaçqınlar Komitəsinin illik hesabatında bildirilir.

Suriyada misilsiz qaçın böhranı yaşanır. Milyonlarla insan qonşu ölkələrdə sığınacaq tapıb.

Aralıq dənizi vasitəsi ilə Avropaya üz tutan çoxsaylı qaçqın xilas edilib. Bu il 100 mindən artıq miqrant Avropaya keçib. 2 mindən insan artıq suda boğulub.

BMT-nin bildirdiyinə görə, 2014-cü ildə 60 milyondan artıq insan evindən didərgin düşüb.

Livanda hər 5 adamdan 1-Ii qaçqındır. Türkiyə 1.7 milyon suriyalı qaçqını qəbul edib.

Böyük Səhraaltı ölkələrdən 3 min məcburi köçkün qeydə alınıb.

Birmadan minlərlə Rohinqya qaçqınına Malayziya və İndoneziya müvəqqəti sığınacaq verib.

Son 5 ildə dünyada 15 münaqişə qeydə alınıb. Onların 8-i Afrika qitəsinin payına düşür. Suriya, İraq və Yəmən olmaqla 3-ü Yaxın Şərq, 1-i, Ukrayna Avropada baş verib.

XS
SM
MD
LG