BMT-nin yüksək səviyyəli rəsmisi xəbərdarlıq edir ki, aşağı məhsuldarlıq və maaşların yaratdığı qlobal bərabərsizlik beynəlxalq ticarətə mənfi təsir göstərir. O bu sözləri Nayrobidə keçiriləcək 14-cü Ticarət və İnkişaf konfransına bir ay qalmış bildirib.
BMT-nin Ticarət və İnkişaf departamentinin baş katibi Mukisa Kituyi deyir ki, son illər Afrikanın inkişafı, Asiyanın güclü iqtisadiyyatı özündə saxlaması və digər regionların bundan faydalanması nəticəsində yaranan nikbinlik getdikçə azalır.
O deyir ki, bu regionlarda hazırda iqtisadiyyat yavaşlayıb, işsizlik və borclar getdikçə artır.
Cənab Kituyi deyir ki, 2001-ci ildən bəri Dünya Ticarət Təşkilatının nəzarətində keçirilən Doha danışıqları dalana dirənib. O deyir ki, daxili kənd təsərrüfatı kimi problemlərə görə nikbinlik azalmaqdadır.
Mukhisa Kituyi: “Inkişaf etmiş ölkələrdə biz bir çox şeylər görürük. Birinci, beynəlxalq ticarətin populyar olmaması. Əsasən də ABŞ-da beynəlxalqçılığa rəğbət aşağıdır. İnkişafın yavaşlaması narahatlıq kimi problemləri özü ilə gətirir.”
Təşkilatın baş katibi Kituyi Nayrobidə keçiriləcək danışıqların bu problemləri müzakirə etmək üçün fürsət olduğunu deyib.