Accessibility links

BMT: Quraqlıq Özbəkistandan Braziliyaya, Seheldən Avstraliyaya qədər hiss olunur


Quraqlıq
Quraqlıq

“Gələcəyimizin qurumasına icazə verməyin!” Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü qlobal quraqlıq və su çatışmazlığı problemi bu şüar alıtnda qeyd edilir

Quraqlığın sosial, siyasi və iqtisadi zərərləri Özbəkistandan Braziliyaya, Seheldən Avstraliyaya qədər dünyanın hər yerində hiss olunmaqdadır. May ayında quraqlıqla əlaqədar əhalisinin 14 faizinin ərzaq təhlükəsizliyindən əziyyət çəkməsi faktı ilə Namibiyada milli fövqəladə hal elan edildi. 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatına yararlı torpaqların 80 faizinə təsir göstərən 1950-ci illərdən bəri ən dəhşətli quraqlığa məruz qaldı. Afrika Buynuzunda 1990-cı illərdən bəri ən kəskin quraqlıq isə 2011-ci ildə baş vermiş və təxminən 13 milyon insanına təsir göstərmişdir. Bu barədə BMT baş katibi Ban Ki Munun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü qlobal quraqlıq və su çatışmazlığı problemi ilə dünya ictimaiyyətinə müraciətində deyilir.

İyunun 17-si dünyada Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür. Bu il bu gün “Gələcəyimizin qurumasına icazə verməyin” şüarı altında keçirilir.

Baş katib bildirir ki, son 25 ildə dünya quraqlığa daha meylli olub və baş verən quraqlıqlar iqlim dəyişikliklərinin nəticəsi olaraq daha tez-tez, kəskin və daha geniş ərazilərdə rast gəlinməkdədir.

“Uzunmüddətli quraqlıq dövrləri torpaq deqredasiyası və səhralaşmanı sürətləndirərək ekosistemlərə böyük təsir göstərir. Quraqlıqların nəticəsi olaraq iqtisadi böhran və su ehtiyatları və məhsuldar torpaqlara görə münaqişə risklərini də göstərmək olar”.

O hesab edir ki, quraqlığın qarşısını almaq çətin olsa da, onun fəsadlarını yüngülləşdirmək mümkündür.

“Fəsadlara hazırlıqlı olmaq üçün xərclənən vəsait fəlakətdən sonra lazım olan pulla müqayisədə çox azdır. Buna görə də keçən mart ayında Cenevrədə keçirilən Quraqlıqla Mübarizə üzrə Milli Qanunlara dair yüksək səviyyəli görüşün nəticələrini tam şəkildə həyata keçirməyə başlamalıyıq”, Ban Kİ Mun qeyd edib.
XS
SM
MD
LG