Accessibility links

BMT İranı beynəlxalq yayım qaydalarını pozmaqda günahlandırır


BMT İranı beynəlxalq yayım qaydalarını pozmaqda günahlandırır

BMT İranı beynəlxalq yayım qaydalarını pozmaqda günahlandırır

Peyk provayderi Eutesat bildirir ki, İran keçən ilin iyun ayından Amerikanın səsi və BBC-nin Fars dilində yayımlarına blok qoyub

BMT-nin ali kommunikasiya agentliyi İranı beynəlxalq peyk yayımlarının pozulmasını dayandırmağa çağırıb. Beynəlxalq Telekommunikasiya Birliyinin açıqlamasına görə, xarici peyk siqnallarına müdaxilə qadağandır. Agentlik İran hökumətini qısa ittihamla kifayətlənsə də, göstərib ki, dalğaların qarşısını alan mənbə İrandan gəlir. Birlik peyk provayderi Eutesat-ın adından Fransanın etdiyi şikayətlərdən sonra bu bəyanatı açıqlayıb. Provayder iddia edir ki, İran keçən ilin iyun ayından, iranda hökumət əleyhinə aksiyalara yol açan mübahisəli prezident seçkilərindən bəri Amerikanın səsi və BBC-nin Fars dilində yayımlarına blok qoyub. İranın bu addımını Avropa Birliyi də qınayıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG