Accessibility links

BMT İran hökumətinin vətəndaşlarına qarşı basqıları davam etdirdiyini deyir

  • Amerikanın səsi

Əhməd Şahid

Əhməd Şahid

Birləşmiş Ştatların Dövlət Departamenti deyir ki, beynəlxalq təzyiqlərə məruz qalmasına və getdikcə daha çox təcrid edilməsinə baxmayaraq, İran hökuməti vətəndaşlarına qarşı basqıları davam etdirir. Dövlət Departamentinin sözçüsü Mark Toner bu açıqlamanı dünən, BMT-nin xüsusi nümayəndəsinin hesabatını alqışlayarkən verib.

Xüsusi nümayəndə Əhməd Şəhidin bu həftə Baş Assambleyaya təqdim edəcək hesabatda iranlı siyasi məhbusların uzun müddət həbsdə saxlanması və edamları misal gətirərək ölkədə insan haqlarının pozulduğu deyilir.

İranda baş verənlər barədə təhqiqat aparmaq məqsədi ilə BMT-nin İnsan Haqları Şurası bu ilin mart ayında səsvermə yolu ilə bu ölkəyə xüsusi nümayəndə olaraq Əhməd Şəhidi təyin etmişdi. Tehran isə göstərilən faktları inkar edərək, cənab Şəhidin ölkəyə daxil olmasına qadağa qoyub.

XS
SM
MD
LG