Accessibility links

BMT İrana qarşı 4-cü sanksiyalar paketi layihəsini təqdim edib


BMT İrana qarşı 4-cü sanksiyalar paketi layihəsini təqdim edib

BMT İrana qarşı 4-cü sanksiyalar paketi layihəsini təqdim edib

Layihə şuranın 5 üzvü üstəgəl Almaniyanın həftələrdir apardıqları müzakirələrdən sonra hazırlanıb

Dünən Birləşmiş Ştatların təşəbbüsü ilə BMT-nin Təhlükəsilik Şurasından İranın nüvə proqramını inkişaf etdirməsinə qarşı 4-cü sanksiyalar paketi layihəsi təqdim edilib. Layihə şuranın 5 üzvü üstəgəl Almaniyanın həftələrdir apardıqları müzakirələrdən sonra hazırlanıb ki, bu da İranın Braziliya və Türkiyə ilə uran zənginləşdirilməsi sahəsində razlıq əldə etmələrindən bir gün sonraya təsadüf edir. İran isə öz tərəfindən qətnamə layihəsini qeyri-legitim adlandırıb.

Yeni layihəyə İrana adı silahların idxalı, İranın balisstik raketlərin inkişafına məhdudiyyətlər və İranın İslam İnqilabı Qvardiyası üzvləri də olmaqla, yüksək səviyyəli rəsmilərin səyahətlərinə məhdudiyyətlər kimi güclü sanksiyalar daxildir. Layihəyə eləcə də yük gəmilərinin fəaliyyətlərinə yeni qaydalar da daxildir ki, bu müddəa dövlətlərə qadağan edilmiş karqo daşımasından şübhəli bilinən gəmiləri yoxlamaq ixtiyarı verir.

Birləşmiş Ştatların BMT-dəki səfiri Süzan Rays qətnamənin iki hissədən ibarət olduğunu deyib.

“Birincisi, beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan İran liderlərinə öz davranışlarının baha başa gələcəyini göstərmək mühümdür. Ikincisi isə İranı inandırmaqdır ki, nüvə proqramının dinc məqsədlərə xidmət etməsi onların öz marağındadır"- deyə, o bildirib.

Birləşmiş Ştatlar yeni sanksiyaların tez bir zamanda tətbiqinə çalışır. Birləşmiş Ştatalrın dövlət katibi Hillari Klinton dünən Braziliya ilə Türkiyənin Tehranla əldə etdiyi razılığın cavablandırılmalı bir sıra suallar doğurduğunu deyib. O, belə güclü sanksiyaların İran liderlərinin nəyə layiq olduqlarını nümayiş etdirmək məqsədi daşıdığını bildirib.

Rəsmi Tehran isə BMT qətnamə layihəsini rədd edərək onun qəbul ediləcəyi təqdirdə ABŞ və dünya qüdrətlərinin özlərini rüsvay edəcəklərini bildirib. İranın vitse prezidenti Əli Əkbər Salehi bildirib ki, yeni sanksiyalar üzrə müzakirələr solğun xarakter alıb və bu qətnamə layihəsi ABŞ və onun Qərb müttəfiqlərinin son cəhdidir.

XS
SM
MD
LG