Accessibility links

BMT rəsmiləri: Taizdə 50 nümayişçi öldürülüb


BMT rəsmiləri: Taizdə 50 nümayişçi öldürülüb
BMT rəsmiləri: Taizdə 50 nümayişçi öldürülüb

BMT insan haqları agentliyi bildirir ki, Yəməndən aldığı məlumatlara görə bazar günündən bəri Taiz şəhərində 50 anti-hökumət nümayişçi öldürülüb.

İnsan haqları üzrə rəsmi Navi Pilay hökumətin nümayişçilərə qarşı intensivləşmiş basqılarını pisləyib və hökuməti insan haqlarına hörmət etməyə çağırıb.

O, həmçinin Taizdə xəstəxananın hökumət qüvvələri tərəfindən zəbt edilməsini və nümayiş keçirilən məkanda müvəqqəti tibbi məntəqənin dağıdılmasını tənqid edib.

Bu arada Taizdə və paytaxt Sənada toqquşmalara davam edir. Belə görünür ki, qəbilə başçıları ilə prezidenti Əli Abdullah Salehə sadiq qüvvələr arasında atəşkəs pozulub.

XS
SM
MD
LG