Accessibility links

Dünya liderləri qlobal məsələləri müzakirə etmək üçün BMT-yə toplaşır


Dünya ölkələrindən 150-dən çox prezident və baş nazir Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka toplaşır. Bu il həm də BMT-nin 70 illiyi qeyd edilir.

Roma Papası Fransis sentyabrın 25-də yoxsulluq əleyhinə sammitin açılışından bir qədər öncə BMT-yə gəlir.

BMT-nin Baş katibi Ban Ki Mun
BMT-nin Baş katibi Ban Ki Mun

O, BMT-nin işçiləri ilə görüşəcək və Baş katib Ban Ki Munla danışıqlar aparacaq. Onlar arasında bundan öncə Vatikanda üç dəfə görüş baş tutub.

Ban Ki Mun: "Biz keçən dəfə yoxsulluğun aradan qaldırılması və miqrasiya, qaçqın problemləri və ən əsası iqli dəyişikliyi kimi bir sıra məsələləri müzakirə etmişik."

Roma Papası Fransis
Roma Papası Fransis

Roma Papasının Baş Assambleyasının sessiyasında çıxış edəcəyi gözlənilir.

Diplomatik məsələlər üzrə müşavir Karni Ross: "Onun qaçqınlar və iqlim dəyişikliyi kimi məsələlərdə qlobal səviyyədə mənəvi lider olaraq irəli çıxması çox diqqətəlayiqdir. Bir çox insan ona baxacaq və onun dünyada vəziyyətlə bağlı nə deyəcəyini dinləycək."

Bundan sonra isə dünyanın qarşılaşdığı ən ciddi problemlər glir.

Miqrant böhranı BMT-nin sessiyasına diqqət mərkəzində olacaq
Miqrant böhranı BMT-nin sessiyasına diqqət mərkəzində olacaq

Kolumbiya univeristetində təhlilçi Riçard Qovan: "İranla nüvə razılığının əldə edilməsi ilə bağlı qarşılıqlı təbriklər olacaq, lakin Avropada humanitar böhran və Yaxın Şərqdə İslam Dövləti qrupunun gücünü artırmağa davam etməsi bunu kölgədə qoyacaq."

Sentyabrın 30-da Avropada qaçqın böhranı ilə bağlı yüksək səviyyədə görüş olacaq. Baş katib humanitar resursların səfərbər edilib porblemi effektiv şəkildə ünvanlanacağına ümid edir.

Qaçqınların böyük hissəsi beş ildir vətəndaş müharibəsinin getdiyi Suriyadandır.

Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması diqqət mərkəzində olan məsələlərdəndir
Rusiyanın Suriyada hərbi mövcudluğunu artırması diqqət mərkəzində olan məsələlərdəndir

Rusiyanın Suriya prezidenti Bəşar Əl-Əsəd hərbi dəstəyini artırması Vaşinqtonla gərginliyin artmasına gətirib çıxarıb. Baş Assambleyanın sessiyasına 10 ilə yaxındır qatılmayan prezident Vladimir Putin Suriya ilə bağlı yeni strategiya irəli sürə bilər, lakin bu, hamının razılaşdığı plan olmaya bilər.

Kolumbiya univeristetində təhlilçi Riçard Qovan:"Əsədlə və Moskvanın Əsədə dəstəyi davam etdirməsi ilə bağlı ABŞ və avropalılar arasında fundamental fikri ayrılıqları mövcuddur. Buna görə də bu, diplomatik uğur deyil, uğursuzluqla nəticələnə bilər."

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer
ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer

Prezident Obama terrorlar mübarizəyə dair iclasa sədrlik edəcək.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer: "Prezident zorakı ekstremizmə qarşı mübarizə, koalisiyanın əldə etdiyi nailiyyətlər və burada problemlərə həsr edilmiş iclas keçirəcək."

Baş Assambleyanın bu ilki sessiyası liderlərin sayı və problemlərin miqyasına görə ən böyük toplantı olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG