Accessibility links

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağı ilə bağlı təcili iclas keçirir


BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmış uzun mənzilli raket sınağı ilə bağlı bazr günü təcili iclas keçirir.

Pxenyan peyk adlandırığı raketin bazar günü ölkənin şimal-qərb bölgəsində Çinlə sərhəd yaxınlığındakı Tonqçanq-ri peyk mərkəzindən buraxıldığını bildirib.

Raket sınağı dərhal beynəlxalq ictimiayyətin kəskin qınağına səbəb olub.

BMT-nin Baş katibi Ban Ki Mun Şimarli Koreyanın addımının dərin təssüf hissi doğurduğunu və bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması olduğunu bildirib.

ABŞ Dövlət katibi Con Kerri və NATO-nun Baş katibi Yens Stoltenberq yni məzmunlu bəyanatlarla çıxış edib. Cənubi Koreya və Yaponiya Şimali Koreyanın raket sınağını qınadığı halda, Çin bu addımın Koreya yarımadasında gərginliyin artmasına gətirib çıxara biləcəyi il bağlı narahatlığını ifadə edib və "aidiyyatı olan bütün tərəfləri təmkin göstərməyə" çağırıb.

Uzun mənzilli raket sınağı Şimali Koreyanın yanvrın 6-da dördüncü nüvə silahını sınağının ardınca keçirilir.

XS
SM
MD
LG