Accessibility links

BMT: Şimali Koreyada insanlığa qarşı cinayətlər törədilir


Maykl Körbi
Maykl Körbi
BMT-nin hesabatında Şimali Koreya hökumətinin öz xalqına qarşı görünməmiş vəhşiliklər törətdiyi haqda nəticə çıxarılıb.

BMT-nin mandatı ilə hazırlanmış hesabatda deyilir ki, Şimali Koreya hökuməti ən yüksək səviyyələrdə müəyyən edilmiş siyasi apararaq, insanlığa qarşı müasir dünyada heç bir paraleli olmayan cinayətlər törədir.

Cenevrədə açıqlanan hesabata əsasən, Şimali Koreya hökuməti öz xalqını sistematik şəkildə məhv edir, insanlara işgəncə verir, qadınları məcburən abort etdirir, adamları siyasi, dini, irqi və cinsi əsaslarda təqib edir.

Hesabatda beynəlxalq ictimaiyyətə Şimali Koreya hökumətinin ittiham olunmaq üçün Beynəlxalq Cinayətlər Məhkəməsinə verilməsinə dair çağırış edilir.

Cenevrədəki Şimali Koreya diplomatları hesabatı rədd edərək, bunun “sosialist sistemə qarşı təxribat məqsədilə siyasi alət” adlandırıb.

BMT təhqiqatçısı Maykl Körbi keçən ay Şimali Koreya lideri Kim Yonq Una ünvanlığı məktubda onun ölkədə insanlığa qarşı cinayətlərə qarşı şəxsən məsuliyyət daşıdığını bildirib. Hesabatda deyilir ki, cənab Kim fakt-araşdırıcı missiyanın nəticələrinə cavab verməkdən imtina edib.

Maykl Körbi deyib ki, İkinci Dünya müharibəsinin bitdiyi vaxt nasistlərin əsir düşərgələri haqda həqiqət öyrənməsindən fərqli olaraq, dünya indi Şimali Koreyada nələrin baş verdiyini bilir.
XS
SM
MD
LG