Accessibility links

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağını kəskin qınayıb


BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın bazar günü keçirdiyi uzun mənzilli raketi sınaqdan keçirməsini kəskin qınayıb.

Pxenyan peyk adlandırdığı raketin bazar günü ölkənin şimal-qərb bölgəsində Çinlə sərhəd yaxınlığındakı Tonqçanq-ri peyk mərkəzindən buraxıldığını bildirib.

Bazar günü fövqəladə iclasda Təhlükəsizlik Şurasının üzvlərinin bağlı qapılar arxasında 90 dəqiqə keçirdikləri görüş zamanı Şimali Koreya ilə bağlı atılacaq növbəti addımları müzakirə edib.

Görüşdən sonra Təhlükəsizlik Şurasında bu ay prezidentliyi icra edən Venesuelanın səfiri Rafael Ramirez bəyanatı oxuyub.

BMT Təhllükəsizlik Şurası

BMT Təhllükəsizlik Şurası

Bəyanatda deyilir ki, Pxenyanın peyk kimi xaraketerizə etsə də, ballistik raket texnologiyalarından istifadə edərək raket sınağı keçirməsi Təhlükəsizlik Şurasının 2006-cı ildə təsdiq etdiyi qətnamələrin ciddi şəkildə pozulmasıdır.

Təhlükəsizlik Şurası bildirib ki, Şimali Koreyanın yanvarın 6-da raket sınağına cavab olaraq olduqca ciddi yeni ölçülərin götürülməsinə hazırdır.

"İndi artıq aydındır ki, hazırkı sanksiyalar Şimali Koreyanın nüvə silahları istehsalı və raket çatıdılması sistemlərni inkişaf etdirməsinin qarşısını ala bilməyib"-deyə Cənubi Koreyanın BMT-dəki səfiri Oh Çooh bildirib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer müxbirlərlə deyib ki, yeni qətnamə üzrə tez zamanda razılıq əldə olunmalıdır və bu, "ciddi, presedenti olmayan " və"Kim Çen Inın gözlədiyindən də artıq ölçülər" olmalıdır.

XS
SM
MD
LG