Accessibility links

2014-cü ildə 866 min insan dünyanın 44 ölkəsinə sığınacaq üçün müraciət edib


Suriya və İraq müharibələri səbəbi ilə sənayeləşmiş ölkələrə sığınacaq tələbi ilə müraciət edənlərin sayı son 22 ildə ən yüksək səviyyəyə qalxıb.

BMT-nin qaçqinlar komitəsinin son hesabatında deyilir ki, 2014-cü ildə 866 min insan dünyanın 44 ölkəsinə müraciət edib. Bu göstərici 2013-cü illə müqayisədə 45 faiz çoxdur.

Hesabatda 150 min anketin, başqa sözlə sığınacaq üçün müraciət edənlərin hər beşindən birinin suriyalı olduğu bildirilir. İraq ikinci yeri tutur. Daha sonra isə Əfqanıstan, Serbiya və Eritrea gəlir.

Almaniya 173 min anket almaqla birinci sırada yer alır. Bu anketlərin üçdə biri suriyalıların müraicətidir. ABŞ-dan sığınacaq istəyənlər 120 min təşkil edir. Onların əksəriyyəyi Meksika və Mərkəzi Amerika ölkələrinin vətəndaşıdır.

Müraciət edilən 5 əsas ölkəyə Türkiyə, İsveç və İtaliya daxildir.

BMT-nin bildirdiyinə görə, ötən il İtaliyaya 63 min 700 insan müraciət edib. Onların əksəriyyəti Mali, Nigeriya və Qambiyadandır.

Hesabatda Rusiya Federasiyası göstərilmir. Lakin qaçqınlar komitəsi 265 min 400 müvəqqəti sığınacaq istəyənin Rusiyaya müraciət etdiyini bildirir. Onların 5800-nü ukraynalılar təşkil edir.

Lakin Avstraliyada əks göstəricilər qeydə alınıb. 2014-cü ildə o ölkəyə sığınmaq istəyənlərin sayı 24 faiz azalıb. Yəni 11 min 700-dən 9 minə enib.

XS
SM
MD
LG