Accessibility links

Birləşmiş Ştatlar silah idxal-ixrac və daşınmasını nizamlayacaq beynəlxalq silah müqaviləsi imzalayıb.

Dövlət katibi Con Kerri müqaviləni BMT-nin Nyu-Yorkdakı baş qərargahında imzalayıb. O, silah ticarəti müqaviləsini qlobal sülh səyləri üçün mühüm addım adlandırıb.

Aprel ayında qəbul edilən müqavilə silahlar, habelə tank, hərbi gəmi və vertolyot, kiçik silahların satışına beynəlxalq qaydalar tətbiq edir.

Müqavilə üzv ölkələrin insan haqqlarının zəif olduğu ölkələrə silah daşınmasına qadağa qoyur.

Müqavilə ölkədaxili silah satışına təsir göstərmir.

Birləşmiş Ştatlar dünyada ən geniş silah ixracatçısıdır.
XS
SM
MD
LG