Accessibility links

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanı tənqid edib


BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın son ballistik raket sınağını yekdilliklə tənqid edərək bu addımı ilə Pxenyanın götürdüyü beynəlxalq öhdəlikləri pozduğunu bildirib. Sərt tənqid Şimali Koreyanın əsas müttəfiqi Çin tərəfindən də dəstəklənib.

15 üzvlü şura ABŞ-ın təşəbbüsü ilə irəli sürülən qətnamə layihəsində bildirib ki, BMT vəziyyəti yaxından izləməyə davam edəcək və daha ciddi ölçülər götürəcək. Ancaq qətnamədə bu ölçülərin nədən ibarət ola biləcəyi deyilmir.

Bəyanatda deyilir ki, vətəndaşları həyati ehtiyac içərisində olan Şimali Koreyanın resurslarını ballistik raket proqramının davam etdirilməsinə yönəltməsi tənqidlərə məruz qalıb.

Çinlə aparılan bir neçə danışıqdan sonra qətnamə yekdilliklə qəbul edilib. İlkin mövqeyində Çin qətnamə layihəsinin təsdiqi ilə razılaşmamasını bunun regionda gərginliyi artırmaq ehtimalı ilə izah edib.

Çərşənbə günü səhər erkən saatlarda sahilyanı Sinpo şəhəri yaxınlığından atılan raket 500 kilometrlik məsafəni qət edərək Yaponiyanın hava müdafiə identifikasiya zonasına daxil olan dənizə düşüb.

Raket atıldıqdan bir neçə saat sonra Çin, Yaponiya və Cənubi Koreyanın xarici işlər naziləri Tokioda üçtərəfli görüş keçirib. Yaponiya və Cənubi Koreya Pxenyanın əməlləriini şiddətlə qınayıb.

Şimali Koreya sualtı raket imkanları inkişafının erkən mərhələlərindədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG