Accessibility links

BMT-nin elçisi ABŞ və Rusiyanı Suriya danışıqlarını xilas etməyə çağırır


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ABŞ və Rusiyanı Suriyaya dair danışıqları yoluna qoymaq üçün kömək etməyə çağırıb. Suriyada vəziyyətin gərginləşdiyi bir vaxt ölkədə beş ildir sürən münaqişənin dayandırılmasına dair danışıqlar çətin məqama yetişib.

Danışıqların iki həftə sürən sonuncu raundunda Suriya hökuməti və müxalifətinin bir-biri ilə görüşü baş tutmayıb.

Tərəflər arasında fikir ayrılığına səbəb olan əsas məsələ Suriya prezidenti Bəşa Əl-Əsədin hakimiyyətdə qalıb-qalmaması ilə bağlıdır. Yanvar ayında dayandırılmış danışıqları yenidən bərpa etmək məqsədilə vasitəçilər hərbi rəsmilər və mötədil üsyançılardan ibarət şura tərəfindən idarə edilən keçid hökumətinin yaradılması kimi bir sıra alternativ təkliflər irəli sürüb.

Tərəflərin bu təkliflərin heç birini qəbul edməyib.

Keçən həftə müxalifət qrupunun əksəriyyəti danışıqlardan çıxdığını bildirib. Bunun səbəbi kimi üsyançılar hökumətin ABŞ və Rusiyanın vasitəçiliyi ilə fevral ayında əldə edilmiş atəşkəsi pozaraq hücumları davam etdirməsi və bununla humanitar yardımın çatdırılmasına mane olmasını göstərib.

“Bombardmanlar və atəşlər haqda xəbərlərin gəldiyi vaxt əhatli danışqıların aparılması necə mümkündür?”-deyə Steffan de Mistura sual edib.

XS
SM
MD
LG