Accessibility links

BMT rəsmiləri deyir ki, Suriya üsyançıları tərəfindən Qolan yüksəkliyində girov saxlanılan 21 BMT sülhməramlısı bu gün sərbəst buraxılıb və İordaniya rəsmilərinə təhvil verilib.

Ərəb Liqası və BMT-nin Suriya üzrə xüsusi elçisi Laxdar Brahiminin Dəməşqdəki nümayəndəsi Muxtar Lamani hamısı filippinli olan sülhməramlılar İordaniyaya keçib. Onlar çərşənbə axşamı girov götürülmüşdülər.

BMT baş katibi Ban Gi-Mun sülhməramlıların sərbəst buraxılmasını xəbərini sevinclə qarşılayıb və tərəfləri hərəkatlarının təhlükəsizliyi və azadlığına hörmət etməyə çağırıb.

Girovlarla bağlı dünən gecə saatlaradək davam edən danışırlar bü gün müsbət nəticə verib.
XS
SM
MD
LG