Accessibility links

BMT-nin humanitar məsələlər üzrə sədri bu həftə Suriya konfliktindən zərər çəkən mülki vətəndaşlar üçün yardımın təkmilləşdirilməsi yollarını müzakirə etmək üçün Suriya və Livana səfər edəcəyini deyir.

Valeri Amos sabah start verəcəyi üçgünlük səfərdə başlıca məqsədin ictimayyətin diqqətini Suriyada humanitar yardıma dair vəziyyətin çətinləşməsinə və baş verənlərin ölkə daxilindəki və Livan kimi başqa ölkələrə qaçan insanların həyatına göstərdiyi təsirlərə yönəltməkdən ibarət olduğunu elan edib.

Ərəb Liqası Səudiyyə Ərəbistanının Ciddə şəhərində xarici işlər nazirlərinin bazar gününə təyin olunmuş görüşünü təxirə salıb. Görüşdə Suriyadakı vəziyyət və ötən ay istefa verən sülhməramlı elçi Kofi Annanın əvəzlənməsi müzakirə olunmalı idi. Ərəb Liqasının rəsmisi təxirəsalmanın səbəbini açıqlamayıb.
XS
SM
MD
LG