Accessibility links

Rəcəb Təyyib Ərdoğan: Əsəd rejiminin sonu yaxınlaşır!


BMT və Ərəb Liqasının Suriyaya yeni elçisi Laxdar Brahimi bu gün Suriyaya ilk səfəri zamanı Dəməşqdə Suriya prezidenti Bəşar əl-Əsədlə görüşəcək.

Dünən Brahimi böhranın daha da gərginləşdiyini deyərək, atəşkəsə nail olmanın və danışıqlara başlamaq üçün səylərin az qala qeyri-mümkün olduğunu bildirmişdi.

Dünən Suriya xarici işlər naziri Valid Moallemlə görüşən Brahiminin Bəşar əl-Əsəd hakimiyyətini devirmək istəyən Suriya müxalifət qüvvələrinin üzvləri ilə də görüşəcəyi gözlənilir.

BMT Təhlükəsizlik Şurası Suriya məsələsində çıxılmaz vəziyyətlə üz-üzə qalıb. Rusiya və Çin Əsəd hökumətinə qarşı yeni sanksiyalar təkliinə veto tətbiq edib. ABŞ Suriyada hərbi əməliyyatlar keçirmək istəmir və müxalifət qüvvələrinin hissələrini bir yerə toplayaraq cənab Əsədi əvəz edəcək alternativ lider müəyyən etmək səylərində tərəqqi əldə edilməyib.

Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya rejiminin qaçılmaz sonluğa çatdığı barədə xəbərdarlıq edib. Cənab Ərdoğan bu gün Ukraynanın Yalta şəhərində keçirilən beynəlxalq konfransda çıxış edib. O, eyni zamanda dünyanı konfliktin bütün regiona yayılma təhlükəsi barədə xəbərdarlıq edib.
XS
SM
MD
LG