Accessibility links

BMT-nin Baş Assambleyası Suriya hökumətini ölkədə gedən müharibəni qızışdırdığına görə qınayan və müxalif Suriya Milli Koalisiyasına siyasi keçid dövrünün potensial partiyası kimi dəstəkləyən qətnaməyə səs verib.

Qətərin təqdim etdiyi qeyri-icbari qətnamə 107 lehinə, 12 əleyhinə və 59 bitərəf səslə qəbul edilib. Bu, keçən illə müqayisədə Baş Assambleyada eyni qətnaməyə verilən dəstəkdən daha azdır.

Qətnamədə Suriyadan kimyəvi silahlardan istifadə edilib-edilmədini yoxlamaq üçün BMT-nin təftiş komissiyasının üzvlərinin ölkəyə girişinə imkan verməsi tələb edilir. BMT-nin Baş katibi Ban Ki Mu tərəfindən səlahiyyət verilmiş qrup Suriyaya getməyə hazırdır, lakin Suriya hökuməti onların ölkəyə daxil olmasına icazə vermir.

ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İsveçdə birgə mətbuat konfransında Cenevrədə iyun ayında Suriyaya dair sülh konfransının baş tutacağına böyük ümid bəslədiklərini bildiriblər.
XS
SM
MD
LG