Accessibility links


Birləşmiş Ştatlar, Rusiya, Fransa, Çin və Britaniyanın BMT-dəki diplomatları Britaniyanın təklif etdiyini qətnamə layihəsini müzakirə edərək, təşkilatı mülki vətəndaşların müdafiəsi və bu kimi hücumların təkrar olunmasının qarşısını almaq üçün lazım olan tədbirlər görməyə çağırıb.

Hələlik diplomatların görüşnüdən sonra heç bir şərh verilməyib.

Britaniya Suriyaya qarşı hərbi aksiyadan öncə qətnamə layihəsinin BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılmasına çalışır. Britaniyanın Xarici işlər naziri Vilyam Heyq təşkilatı gecikdirməyə görə tənqid edib.

BMT diplomatları çərşənbə günü müzakirələrdən sonra açıqlama verməyiblər.

Təklif edilmiş qətnamə ABŞ və Qərb ölkələrinin prezident Bəşar Əl-Əsədə qarşı mümkün hərbi hücumdan öncə beynəlxalq diplomatik səylərin bir hissəsidir.

BMT-nin Dəməşq yaxınlığında zəhərli qaz hücumunun keçirildiyi yerdə fakt-araşdırıcı missiyası öz işini çərşənbə günü bitirib, lakin BMT-nin Baş katibi Ban Ki Mun işi bitirmək üçün qrupun daha dörd günə ehtiyacı olduğunu bildirib.
XS
SM
MD
LG