Accessibility links

Suriya üzrə təhqiqatçılar İslam Dövləti yaraqlıları, rəqib döyüşçülər və hökumət qüvvələrinin hücumlarına ara verdiyinə dair heç bir işarə olmadığını bildirib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Polo Pinheyro Suriyada beynəlxalq qanunlara riayət edilmədiyini, tərəflərin mülki əhalinin sıx olduğu bölgələrdə amansız hücumlar həyata keçirdiyini deyib.

O, dinc əhalinin artmaqda olan zorakılıqların qurbanı olduğunu bildirib.

BMT-nin Suriya üzrə təhqiqat komissiyasının sədri dörd ildir müharibəyə səhnə olan bu ölkədə münaqişənin siyasi yolla həlli istiqamətində heç bir addım atılmadığını deyib.

Suriyanın BMT-dəki səfiri Hüsam Eddin Əla Pinheyronun təhqiqatının qərəzli və Suriya hökuməti əleyhinə yönəldiyini bildirib.

Suriyada 2011-ci ilin mart ayından 220 min insan həlak olub. Münaqişə 12 milyon insanı yardıma möhtac edib. 4 milyon suriyalı qonşu ölkələrdə sığınacaq tapıb. 7.6 milyon nəfər isə ölkə daxilində məcburi könkün vəziyyətində yaşayır.

Ötən il BMT-nin vasitəçiliyi ilə keçirilən danışıqlar cüzi nəticələr verib.

Eyni zamanda Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, kürd döyüşçülər ölkənin şimal bölgəsində hərbi bazanın nəzarətini İslam Dövləti qrupunun yaraqlılarından geri alıb.

XS
SM
MD
LG