Accessibility links

BMT: Suriyada hökumət və üsyançılar ciddi insan haqları pozuntuları həyata keçirib


BMT hey'ti bildirir ki, həm Suriya hökuməti, həm də üsyançılar bu ilin mart ayından bəri ciddi insan haqları pozuntuları həyata keçirib.

Bu gün açıqlanan bəyanatda Suriyaya dair Müstəqil Araşdırma Komissiyası ordu və təhlükəsizlik qüvvələrinin başlıca zorakılıqlara görə məsuliyyət daşıdığını bildirib. Ancaq qrup bildirir ki, bəzi hadisələrə görə müxalifət cavabdehdir.

Açıqlamanı yayan qrup hökumətin dissidentlərə qarşı başlatdığı zokalıqlardan sonra baş qaldırmış üsyanı araşdırmaq üçün BMT İnsan Haqları Şurası tərəfindən yaradılıb.

Bəyanatda bildirilir ki, hökumət əsas insan haqları pozuntularını ordu sıralarını tərk etmək əsgərlərin axtarışını davam etdirərkən həyata keçirib. Hökumət Homs, Aleppo, Həma və Dəməşq də daxil olmaqla regionlarda nümayişçilərə qarşı ölümcül vasitələrdən istifadə edib.

XS
SM
MD
LG