Accessibility links

BMT Təhlükəsizlik Şurası Suriyadakı durumu müzakirə edir

  • Amerikanın səsi

BMT Təhlükəsizlik Şurası Suriyadakı durumu müzakirə edir

BMT Təhlükəsizlik Şurası Suriyadakı durumu müzakirə edir

BMT Təhlükəsizlik Şurası bu gün bir araya gələrək Suriyadakı durumu müzakirə edir. Toplantı ötən həftə rəsmi Dəməşqin dinc nümayişçilərə sərt basqılarına görə tənqid olunmasından sonraya təsadüf edir.

Son bir neçə gündə baş verən mühüm dəyişiklik Körfəz Ərəb dövlətlərinin Bəşar əl-Əsəd rejiminə qarşı çevrilməsidir. Səudiyyə Ərəbistanı, Küveyt, Qatar və Bəhreyn Suriyadakı səfirlərini geri çağırmış, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu prezident Əsədi qan-qadaya son qoymağa çağırmışdır.

Cənab Əsəd dissidentlərə qarşı basqıları müdafiə edərək bildirib ki, “yolları kəsən”, “xalqa qarşı terror aktları törədən” insanlarla mübarizə aparmaq ümummilli borcdur.

Suriya rəsmi xəbər agentliyi SƏNA xəbər verir ki, prezident Əsəd Türkiyə rəsmisinə bildirib ki, onun qüvvələri silahlı terror qruplarını təqib etməkdə davam edəcək.

Fəallar təkcə dünən Suriya təhlükəsizlik qüvvələrinin azı 30 adamı öldürdüyünü xəbər verirlər.

XS
SM
MD
LG