Accessibility links

Emin Hüseynov: Azərbaycanda BMT-nin bütün tövsiyələri üzrə vəziyyət pisləşməkdə davam edir [Video-Müsahibə]


Emin Hüseynov: Azərbaycanda BMT-nin bütün tövsiyyələri üzrə vəziyyət pisləşnməkdə davam edir
please wait

No media source currently available

0:00 0:07:30 0:00

Emin Hüseynov: Azərbaycanda BMT-nin bütün tövsiyyələri üzrə vəziyyət pisləşnməkdə davam edir

BMT qurumları Azərbaycan hökumətinə təsir göstərməyə çağırılıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Amerikanın Səsinə müsahibəsində martın 27-də Cenevrədə BMT qurumlarını Azərbaycan üzrə Universal Dövrü İcmal (UPR) vasitəsilə ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı məlumatlandırdığını bildirib.

Sessiyada Azərbaycanda medianın və jurnalistlərin dururmu, seçki və toplaşmaq, ədalətli məhkəmə, mülkiyyət hüququ , alternativ hərbi xidmətlə bağlı 4 məruzə dinlənilib.

Məruzəçilər BMT qurumlarını Azərbaycan hökumətinə tövsiyələri yerinə yetirməsi üçün təsir göstərməyə çağırıb.

Emin Hüseynovun sözlərinə görə, aprelin 30-da Azərbaycan ikinci dəfə BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmalının müzakirə subyekti olacaq. Mayın 3-də isə İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (İSMHK) tərəfindən Azərbaycana baxış keçiriləcək və ölkənin “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt”ı (İSMHBP) ratifikasiya etməklə öz üzərinə götürdüyü öhdəliklərə necə əməl etməsi qiymətləndiriləcək.

RATİ direktoru son tövsiyələrdən sonra BMT-nin bütün tövsiyə istiqamətləri üzrə ölkədə vəziyyətin pisləşdiyini deyib.

Azərbaycan İnsan Hüquqları Klubu da (İHK) ölkədə siyasi məhbuslarla bağlı vəziyyət və sərbəst toplaşmaq azadlığının son pozulması halları ilə bağlı narahatlıqlarını ifadə edib.

İHK BMT qurumlarını Azərbaycan üzrə Universal Dövrü İcmal (UPR) vasitəsilə Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün təzyiqləri artırmağa çağırıb.

“Azərbaycanda beynəlxalq insan hüquqları öhdəliklərinin pozulması ilə insan hüquqlarının vəziyyəti son dövrlərdə daha da pisləşib. Biz bu iki dövrü baxışı BMT-nin adıçəkilən əsas qurumları üçün Azərbaycan hökumətinin BMT-yə üzv dövlət olaraq öz atdığı addımlara görə məsul tutulması baxımından mühüm bir imkan hesab edirik”, - İHK sədri Rəsul Cəfərov bildirib.

R.Cəfərov martın 27-də Azərbaycan üzrə Universal Dövrü İcmal öncəsi sessiyada bəyanatla çıxış edərək BMT İnsan Hüquqları Şurasını Azərbaycan hökumətinə “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” ilə öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunvericiliyin, mövcud praktikanın yaxşılaşdırılması və bütün siyasi məhbusların azad olunması ilə bağlı tövsiyələr irəli sürməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG