Accessibility links

BMT-nin insan haqları üzrə kommissarı Zeyd Rad əl-Hüseyn Türkiyə rəsmilərini kürd üsyançılara qarşı əməliyyatlarda yaralılara yardım göstərən mülki vətəndaşların öldürülməsini araşdırmağa çağırıb. Bu çağırış Türkiyənin əsasən kürdlər yaşayan ərazilərdə aparılan hərbi əməliyyatlara görə Ankaranın üzləşdiyi təzyiqlər ərəfəsinə təsadüf edir.

Mətbuatda yayılmış video görüntülərdə kürdlərin məskunlaşdığı Cizrə qəsəbəsində ağ bayraq qaldıraraq yaralanan insanlara kömək etmək istəyən mülki vətəndaşlara qarşı silah səsləri eşidilir.

Qəsəbə Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK Kürd üsyançıları arasında gedən mübarizənin episentri sayılır.

BMT-nin insan haqları üzrə kommissarı Zeyd Rad əl-Hüseyn təcili təhqiqat aparılmasına çağırır.

BMT-nin insan haqları üzrə kommissarı Zeyd Rad əl-Hüseyn

BMT-nin insan haqları üzrə kommissarı Zeyd Rad əl-Hüseyn

Əl-Hüseyn videonu çəkən və yaralanan jurnalistə qarşı qaldırılan terrorçuluq propaqandası iddialarını kəskin şəkildə tənqid edib. “Özbaşınalığı çəkmək cinayət deyil. Əsl cinayət silahsız mülki vətəndaşlara atəş açmaqdır,” deyə o bildirib.

Komendant saatının tətbiq olunduğu qəsəbələrdə yaralanan mülki vətəndaşlara qarşı pis rəftar beynəlxalq və yerli insan haqlarının narahatlığına səbəb olub. Kürdpərəst partiyadan olan parlamentin üç üzvü Cizrədə baş verən hadisələrə görə iki həftədir aclıq aksiyasına başlayıblar.

ABŞ-da yerləşən İnsan Haqları təşkilatından Türkiyə üzrə araşdırmaçı Emma Sinkleyr Veb keçən həftə illik hesabatla çıxış edib.

Mən Cizrədəki insanlarla danışdım. Onlar deyir ki, bir adamlıq kamerada 28 insan tutulur, onlardan dördü həlak olub, üçünün vəziyyəti ağırdır. Hökumət bununla bağlı təcili tədbirlər görməlidir.

Sinkleyr Veb: “Mən Cizrədəki insanlarla danışdım. Onlar deyir ki, bir adamlıq kamerada 28 insan tutulur, onlardan dördü həlak olub, üçünün vəziyyəti ağırdır. Hökumət bununla bağlı təcili tədbirlər görməlidir.”

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan hesabatı və orada əks olunan narahatlıqları qəbul etmir. O deyilənləri terrorçu propaqandası adlandırıb.

O, deyib ki, bu iddialar büsbütün yalandır. Orada təcili xidmət maşınları var. Aclıq keçirən millətvəkilləri isə həmin terroristlərə xidmət edir.

Baş nazir Əhməd Davudoğlu hərbi əməliyyatları dəstəkləyərək deyib ki, üsyançılardan tonlarla silah müsadirə olunub.

Müşahidəçilər deyir ki, tənqidlərə baxmayaraq Ankara düşünür ki, Suriyada İslam Dövləti qrupu ilə mübarizədə və qaçqın böhranı ilə bağlı məsələlərdə Birləşmiş Ştatlar və Avropa İttifaqının onunla əməkdaşlığa ehtiyacları var.

XS
SM
MD
LG