Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı və BMT Uşaq Fondu Ukrayna hökumətini ölkə boyu insanların həyatını xilas etmək üçün dərhal poliomielit immunizasiyası kampaniyasına başlamağa çağırıb. BMT agentlikləri xəbərdarlıq edərək bildirib ki, hökumət kampaniyanı həyata keçirə bilməməsi 2 milyondan çox uşağın həyatını təhlükə altına atır.

Poliomiolitin yayılmasında 6 həftə keçməsinə cə yardım agentliklərinin dəfələrlə tələb etməsinə baxmayaraq Ukrayna rəsmiləri hələ də ölkə boyu immunizasiya kampaniyasının başlamasına icazə verməyib.

Ümumdünya Səhiyyə Təşkilatının kommunikasiyalar katibi Oliver Rizenbauer Amerikanın Səsinə bildirib ki, siyasi qərarsızlıq uşaqların həyatına başa gələ bilər.

"Burada vaxt çox önəmlidir. Virus çox dövr etdikcə bu xəstəlikdən daha çox uşağın iflic vəziyyətə düşməsi riski artır. Ona görə immunizasiya ən tez zamanda həyata keçirilməlidir" - deyə təşkilatın rəsmisi Amerikanın Səsinə bildirib.

Sentyabrın 1-i Ukraynanın cənub-qərbində 10 aylıq və 4 yaşlı iki uşaqda poliomielit tapıldığı təsdiqlənib. Heç bir uşağa buna qarşı peyvənd vurulmayıb. Bu, Ukraynanda son 19 ildə ilk belə hadisədir.

XS
SM
MD
LG