Accessibility links

BMT ekspertlərinin İsrailin Fələstinə qarşı ayrı-seçkiliyi barədə narahatlığı artıb


Expertlər bloku İsraildən fələstinlilərin qətlə yetirilməsi və işgəncələr verilməsi hallarına son qoyulmasını tələb edir

BMT ekspertlərinin İsrailin Fələstinə qarşı ayrı-seçkiliyi barədə narahatlığı artıb. Expertlər bloku İsraildən fələstinlilərin qətlə yetirilməsi və işgəncələr verilməsi hallarına son qoyulmasını tələb edir. BMT-nin İnsan Haqları Komitəsi bu gün Qəzza blokadasını aradan qaldırmağa çağırıb. Qurum İsrailin mayın 31-də Qəzza zolağına yardım gəmisinə donanma reydi haqda araşdırmalarının müstəqilliyini sual altına alıb. Doqquz Fələstin tərəfdarı türk fəalı basqın zamanı həlak olub. İsrail reydin planlaşdırılmasında səhvlərə yol verildiyini etiraf edib. Lakin ölümlə nəticələnən təcavüzə haqq qazandırmaq üçün bildirib ki, İsrail dənizçiləri hücuma məruz qalıb. BMT blokunun tələbləri Fələstin yaraqlılarının Qəzzadan İsrailin Aralıq dənizi sahilində yerləşən Aşkelon şəhərini raket atəşinə tutduğu vaxta təsadüf edir. Hücum nəticəsində mənzillərin pəncərə şüşələri sınıb, yaxınlıqda dayanan maşınlara ziyan vurub. Xəsarət alanlar barədə məlumat verilmir.

XS
SM
MD
LG