Accessibility links

Bu gün BMT vasitəsçisi Laxdar Brahimi Suriya hökuməti ilə müxalifəti arasında danışıqların növbəti raundunun da heç bir razılıq əldə olunmadan başa çatdığına görə, Suriya xalqından üzr istəyib.

Cənab Brahiminin sözlərinə görə, Suriya xalqın danışıqların onları bu dəhşətli böhrandan qurtaracaq nəticə ilə yekunlaşacağına ümid edirdi. "Ancaq baş tutmuş iki raund danışıqlar demək olar ki, heç bir irəliləyişə səbəb olmayıb", deyə Brahimi bildirib. Danışıqların 3-cü mərhələsinin nə zaman keçiriləcəyi bəlli deyil.

BMT vasitəçisi sülh danışıqlarını dalandan çıxarmaq üçün bu gün tərəflərlə yenidən görüşüb.

Suriya müxalifətinin sözçüsü Loay Safi deyib ki, 5 gün davam edən danışıqlar hökumət nümayəndələrinin aqressiv davranışı nəticəsində dalana dirənib. Suriya xarici işlər nazirinin müavini Faysal Mikdadın sözlərinə görə, müxalifət danışıqlara qeri-real gündəmlə gəlib.

Hər iki tərəf növbəti danışıqların mümkün ola biləcəyini dilə gətirib.

Həm üsyançıları dəstəkləyən ABŞ, həm də hökuməti dəstəkləyən Rusiya yaranmış vəziyyəti tənqid edib.
XS
SM
MD
LG