Accessibility links

BMT Yarmuk düşərgəsindəki fələstinlilərin evakuasiya olunmasını tələb edir


Suriyadakı düşərgə İslam Dövləti militanltarı tərəfindən mühasirəyə alınıb

Bazar ertəsi BMT Təhlükəsizlik Şurası İslam Dövləti döyüşçüləri tərəfindən Dəməşq yaxınlığında mühasirəyə alınan düşərgədə əsir qalan 18 min fələstinli qaçqının müdafiə olunması və düşərgədən çıxarılmasını tələb edib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin başçısı Pyer Krahenbul bazar ertəsi günü keçirilən fövqəladə iclasda bildirib ki, düşərgədə əsir qalan insanların istədiyi yeganə şey sağ qalmaqdır.

İordaniyadan video vasitəsilə iclasa qatılan Krahenbul Suriyada təsirə malik olan bütün üzv ölkələrə Yarmuk düşərgəsini tərk etmək istəyən insanların nizamlı və təhlükəsiz şəkildə oradan çıxarılmasını təşkil etmək üzərində işləməli olduğu haqda fikir irəli sürüb.

Bu həftənin əvvəli BMT Yardım agentliyinin sözçüsü Kris Qannes Yarmuk düşərgəsindəki vəziyyəti “insanlıqdan kənar” kimi təsvir edib.

“Bu düşərgədə tibbi preparatların çatışmazlığı səbəbilə doğuş zamanı qadınlar ölür. Uşaqlar qidasızlıqdan ölür. Vəziyyət onsuz da pis idi, döyüş başlayandan sonra isə daha da pisləşib. Bu, insanlıqdan kənardır və məhz buna görə biz Yarmukun mühasirəsinin aradan qaldırılması və oradakı dinc əhalinin mühafizə olunması üçün siyasi səylərin əhəmiyyətini vurğulayırıq”.

Fələstinin BMT-dəki səfiri Riyad Mənsur Suriyada döyüşən tərəflərdən fələstinli əhalini bu müharibəyə çəkməməsini tələb edib.

Yarmuk düşərgəsi son iki ildə Suriya qüvvələri tərəfindən mühasirə olunub. Ötən həftə İslam Dövləti militantları və müttəfiqləri düşərgəyə hücum etdikdən və küçələrdə rəqib İslamçı müxalif qruplarla döyüşlər başladıqdan sonra vəziyyət daha da pisləşib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG